Kim ac ikən yatmaq olmaz? - Tural İrfan yazır

Kim ac ikən yatmaq olmaz? - Tural İrfan yazır
15:13
Dində qonşulara münasibət həmişə ön planda olub. Qonşu hətta qohum qədər əhəmiyyətli sayılıb. Xalqımızın ənənələrində də qonşuya böyük dəyər verilib; "Uzaq qohumdan yaxın qonşu yaxşıdır" deyilib. Habelə, müqəddəs kitablarda, Tövrat, Zəbur, İncil və Quranda da qonşunun dəyərindən geniş bəhs olunub.
"Qonşunu özün kimi sev." (Tövrat, Levililər 19: 18);
"Qonşunu özün kimi sev." (İncil, Matta 22:39);
"Yaxın qohuma, yetimə, kasıba, qohuma, qonşuya yaxşılıq edin." (Quran, Nisa, 4:36)
Bu onu göstərir ki, Uca Allah qonşuya böyük önəm verir. Hətta Həzrət Muhəmməd Peyğəmbər əleyhissəlamın hədislərində buyurulur ki, Cəbrayıl mənə qonşu haqları barədə o qədər tövsiyələr verdi ki, Allahın qonşunu qonşuya mirasçı qılacağını zənn etdim...
"Qonşusu ac ikən tox yatan məndən deyil" deyə tövsiyədə bulunurdu Həzrət Muhəmməd salavatullah.
Odur ki, qonşuya hər zaman diqqət göstərmək dinin ən ümdə göstərişi kimi nəzərdə saxlanılmalıdır.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada