Müəllimlər dərsdən sonra da məktəbdə qalarsa nə olacaq?

Müəllimlər dərsdən sonra da məktəbdə qalarsa nə olacaq?
09:13
Müəllimlər dərsdən sonra da məktəbdə qalarsa, aşağıdakı halların baş vermə ehtimalını yüksək qiymətləndirirəm.
1. Kişi müəllimlər məktəbdən daha da uzaqlaşacaq.
2. Özəl təhsil müəssisələri artacaq.
3. Tanınmış repetitor məktəbi tərk edəcək və ya evində, ya da fərdi kurslar yaradaraq fəaliyyətini davam etdirəcəklər.
4. DİM imtahanında müəllim ixtisaslarına keçid balları kəskin düşəcək.
5. Müəllimin artmayan reputasiyası daha da geri gedecək.
6. Pedoqoji heyət bu qərardan narazı qalacaq, hətta kifayət qədəri bu peşəni seçdiklərinə görə məyusluq hissi yaşayacaqlar.
7. Məktəblərdə müəllim otaqlarında oturmağa belə yer olmayacaq. Basabas avtobus mənzərəsinə oxşayan mənzərəni indidən təsəvvür etmək olur.
8. Şagirdləri onsuzda hədsiz azalan kənd məktəblərində müəllimlərin həyat şəraiti və ev təsərrüfatlarının idarə edilməsi ilə bağlı isə ciddi problemlər yaşanacaq.
9. Təxminən 10-15 il sonra heç bir müəllim işsiz qalmayacaq. Əksinə məktəblər müəllim axtaracaq.
Eldəniz Əmirov, ekspert
P.S. Bu dəyişikliyin müəllimin əmək haqqına doğurdanmı müsbət təsir edəcək, yoxsa bu sadəcə təsəlliverici tezisdir? – sualına, eləcə də məktəblərdə kişi müəllimlərin azlığının və daha da azalma ehtimalının fəsadlarına növbəti dəfə münasibət bildirəcəm.

Sizin reklam burada
Sizin reklam burada