AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək
16:30

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) universitetin 3 saylı tədris binasının fasadında, pandusda və 4 saylı tədris binasının fasadında cari təmir işlərinin görülməsi ilə bağlı açıq tender elan edib. 

News365.az-ın Dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, satınalmanın predmeti Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3 saylı tədris binasının fasadı, pandusu və 4 saylı tədris binasının fasadında cari təmir işlərinin həyata keçirilməsidir.  Belə ki, satınalmanın ehtimal olunan dəyəri 406 min 155 manat təşkil edir.  Qeyd edək ki, təkliflərin son təqdim edilmə tarixi və zərflərin açılış vaxtı 20 avqust 2026-cı il, saat 16:00 müəyyən edilib.


Sizin reklam burada
Sizin reklam burada