Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir
30 İyl 2026 23:00

Avropa Birliyinin Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.

News365.az xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Feysbuk sosial şəbəkəsində paylaşılıb.

"1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa Birliyinin səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük”, - paylaşımda qeyd olunub.

Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir.


Sizin reklam burada
Sizin reklam burada