Manevr qaydasını pozub motosikleti vurdu - Anbaan video

Manevr qaydasını pozub motosikleti vurdu - Anbaan video
10:40

Bakıda manevr qaydalarını pozan minik avtomobili motosikleti vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

Belə ki, Şıxəli Qurbanov küçəsinin Şamil Əzizbəyov küçəsi ilə kəsişməsində “Chevrolet Cobalt” markalı avtomobil kəskin manevr edərək öz yolu ilə gedən motosikleti vurub. Nəticədə motosikletçi yolun hərəkət hissəsinə yıxılaraq xəsarət alıb.

Baş vermiş hadisə digər avtomobilin kamerası tərəfindən anbaan lentə alınıb.



Sizin reklam burada
Sizin reklam burada