Mahir Emreli bu klubun düşərgəsindədir – Anası açıqladı

Mahir Emreli bu klubun düşərgəsindədir –  Anası açıqladı
02 İyl 2024 22:03

Bir neçə gün öncə Bodrumda istirahət edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin sosial şəbəkədəki paylaşımı diqqətimizi çəkdi.

Sonuncu dəfə futbolçunun anası Elnurə xanımla əlaqə saxlayanda bildirmişdi ki, iyunun 29-dan sonra "Dinamo"nun düşərgəsinə qoşulacaq. Lakin Emrelinin paylaşı sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Görəsən, Mahir “Dinamo”nun düşərgəsinə qoşulmayıb? Sualımızı Elnurə Emreliyə ünvanladıq.

Mahirin anası Offsideplus.az-a məsələ ilə bağlı açıqlamasında bunları söylədi:

"Oğlum iyunun 29-dan “Dinamo”nun düşərgəsindədir. Həmin paylaşım köhnə şəkildir. Mahir “Dinamo”nun üzvüdür. Başqa kluba keçidi ilə bağlı hansısa məlumat yoxdur”.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər