Rusiyanın güləş üzrə gənclərdən ibarət millisinin məşqçisi terrorçuluqda ittiham olunub

Rusiyanın güləş üzrə gənclərdən ibarət millisinin məşqçisi terrorçuluqda ittiham olunub
03 İyl 2024 21:33

Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Əlişir İsmatzoda terror fəaliyyətinə şərait yaratmaqda ittiham olunub.

Moskvanın Şerbinski Rayon Məhkəməsi İsmətzoda barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxır.

Məşqçinin Tacikistanda terrorizmə görə mühakimə olunan və eyni zamanda Suriyada hərbi əməliyyatlarda iştirak edən qohumu olduğu bildirilir. Bundan əlavə, İsmətzodanın mənzilində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb.

Şəxs terrorçuluq fəaliyyətinə sövq etmək və cəlb etməkdə şübhəli bilinərək saxlanılıb.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər