Azərbaycan boksçusu Rusiyada keçirilən beynəlxalq yarışda finala yüksəlib

Azərbaycan boksçusu Rusiyada keçirilən beynəlxalq yarışda finala yüksəlib
03 İyl 2024 18:04

Azərbaycanın gənc boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında finala yüksəlib.

Boks Federasiyasından  verilən məlumata görə, 48 kq-da çıxış edən idmançı yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:0 hesabı ilə məğlub edib. N.Qasımov qızıl medal uğrunda Elyar Rustamovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyunun 5-də olacaq.

Digər boksçularımızdan Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) isə yarımfinalda məğlub olduqları üçün yarışı bürünc medalla bitiriblər.


Youtube kanalımız
Azərbaycan boksçusu Rusiyada keçirilən beynəlxalq yarışda finala yüksəlib
Azərbaycan boksçusu Rusiyada keçirilən beynəlxalq yarışda finala yüksəlib
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər