Liviya sahillərində gəmi batdı: 16 pakistanlı öldü

Liviya sahillərində gəmi batdı: 16 pakistanlı öldü
11 Fev 2025 21:30

Liviyanın Zaviyə şəhərinin şimal-qərbindəki Marsa Dela limanı yaxınlığında gəminin batması nəticəsində 16 Pakistan vətəndaşı ölüb.


News365.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin məlumatında deyilir.


Bildirilib ki, ümumilikdə qayıqda 65 nəfər olub. Ehtimal edilir ki, onlardan 63-ü pakistanlıdır.


Belə ki, 37 nəfər pakistanlı sağ çıxarılıb, daha 10 nəfərin isə axtarışları davam edir.


Hadisə ilə bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada