Litvada ABŞ hərbçilərini rus və Belarus kəşfiyyatı öldürüb?

Litvada ABŞ hərbçilərini rus və Belarus kəşfiyyatı öldürüb?
27 Mar 2025 09:50

Litvada keçirilən təlimlər zamanı ABŞ hərbçilərinin ölməsi barədə məlumatlar yayılıb. Bu müəmmalı insidentdə Rusiya və Belarus kəşfiyyat xidmətlərinin əli ola bilər. Bu barədə Baltic News Service (BNS) agentliyi adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.


BNS-in yaydığı məlumata görə, bu versiya Litvada və ABŞ-də fəal şəkildə müzakirə olunur. Amerika əsgərlərinin Litva-Belarus sərhədi yaxınlığında ölməsi şübhələri isə getdikcə daha çox artırır. Agentlik heç bir sübut təqdim etməyib.


Martın 27-də NATO-nun baş katibi Mark Rutte Litvada keçirilən təlimlər zamanı 4 ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada