Krasnodarda neft emalı zavodunda dron hücumu sonrası yanğın baş verib

Krasnodarda neft emalı zavodunda dron hücumu sonrası yanğın baş verib
11:35

Rusiya Federasiyasının Krasnodar diyarının Tuapse şəhərində yerləşən neft emalı zavodunda dron hücumu nəticəsində yanğın baş verib.

News365.az xəbər verir ki, Rusiya tərəfi yanğının dron qalıqlarının obyekt ərazisinə düşməsi səbəbindən yarandığını iddia edib. Məlumata görə, hadisə zamanı insan tələfatı qeydə alınmayıb.

Yanğının söndürülməsi üçün əraziyə 100-dən çox xilasedici və onlarla texnika cəlb olunub.

Eyni gecə bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, bir neçə hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb və hava hücumu xəbərdarlıqları elan olunub.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada