Gürcüstanın ərazi bütövlüyü bərpa olunmadan Rusiya ilə diplomatik münasibətlər bərpa olunmayacaq.
News365.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Gürcüstanın ərazi bütövlüyü bərpa olunmadan bizim diplomatik əlaqələrimiz olmayacaq. Amma yenə də praqmatik siyasət aparırıq. Praqmatizm olmasa, təbii ki, Gürcüstan ayaqda qala bilməz”, - Kobaxidze bildirib.