Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb - FOTOLAR

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb - FOTOLAR
17:40

Rusiya ordusu oktyabrın 10-da günorta saatlarında Kiyevə ballistik raketlərlə hücum edib.

News365.az xəbər verir ki, hava həyəcanı siqnalından cəmi bir neçə dəqiqə sonra şəhərdə güclü partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi işə düşüb.

Kiyev meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raketlərdən biri Obolon rayonundakı restoranlardan birinin ərazisinə düşüb. Nəticədə azı 6 nəfər xəsarət alıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Zərər görən obyekt Azərbaycan milli mətbəxi ilə tanınan “Desant” restoranıdır.

Xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.

1554320

1554319


Sizin reklam burada
Sizin reklam burada