Taylandın paytaxtı Banqkok şəhərində dünyanın bir nömrəli idman təşkilatı sayılan “ONE Championship” beynəlxalq turnirinə hazırlaşan Azərbaycan Kikboksinq Federasiyasının idmançısı və ”Allazov Team” da məşqlərini davam etdirən Akif Quluzadə növbəti döyüşünü qələbə ilə başa vurub.
News365.az xəbər verir ki, Akif Quluzadə Banqkok şəhərində yerləşən tarixi Lumpinee stadionunda amerikalı rəqibi Şon Klimakonu məğlub edib.
Qeyd edək ki, idmançımızın parlaq qələbəsi onun 6 döyüş üçün “ONE Championship” təşkilatı ilə 100 min dollarlıq müqavilənin imzalanmasına gətirib çıxartmışdı. İdmançının şəxsi məşqçisi Ələsgər Sultanovdur.