Kiberhücumlar Hindistanın elektrik şəbəkəsinin 70%-ni sıradan çıxarıb

Kiberhücumlar Hindistanın elektrik şəbəkəsinin 70%-ni sıradan çıxarıb
07:45

Pakistandan gələn kiberhücumlar Hindistanın elektrik şəbəkəsinin böyük bir qismini iflic edib. Bu barədə Geo telekanalı Pakistan təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.


"Pakistan kiberhücumları Hindistanın elektrik şəbəkəsinin 70%-ni sıradan çıxarıb", - telekanal iddia edir.


Hazırda Hindistan tərəfindən yayılan bu xəbərin doğruluğu təsdiq edilməyib. Lakin Indian Express də ölkə sakinlərinə mümkün kiberhücumlar barədə xəbərdarlıq edib.


Bundan əvvəl Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlamışdı. Əməliyyata "Bunyan-um-Marsus" adı verilib.

Xatırladaq ki, Hindistan bir neçə gün öncə Pakistan ərazilərini bombalayıb. Belə ki, əvvəlcə Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan etdi. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.


22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.



Tural


Sizin reklam burada
Sizin reklam burada