"Keyfiyyətli musiqiçilər ucuz saraylarda çıxış edir" - Nazilə Səfərli

"Keyfiyyətli musiqiçilər ucuz saraylarda çıxış edir" - Nazilə Səfərli
30 Mar 2025 01:38

“Keyfiyyətli musiqiçilərin hamısı ucuz saraylarda çıxış edir. Amma kimin sənəti yoxdur, ortadaqalmışdı, “qıjı”dır, bir-iki “həci” ilə qabağa gedib, bir-iki mahnı ilə bərk gedən saraylarda çıxış edir”.


News365.az xəbər verir ki, bunu Nazilə Səfərli "Instagram"da yayımladığı videoda deyib.


Şairənin sözlərinə görə, bayağı ifaçıların sayını artıran zövqsüz imkanlı şəxslərdir:


“Bu gün mənə Moskvadan çox varlı bir insan toyla bağlı zəng etdi. Nə qədər elədim ona keyfiyyətli musiqiçini sata bilmədim. Mənə dörd müğənninin adını çəkdi. Onlardan heç birinin nə səsi, nə də mədəniyyəti var. Sadəcə bahalı geyim altında maskalanmış, fonoqram səs var. Yəni belə müğənnilərə 8-10 min manat pul verirlər. Amma əsl səsi və sənəti olan müğənniyə o pulu vermirlər. Deməli “qıjı” müğənnilərin sayını çoxaldan kimdir, “qıjı” varlılar. Bayquşlar! Zövqünüz yoxdur, onu inkişaf etdirin”.


Sizin reklam burada
Sizin reklam burada