"Qadın kişinin yanında addımlamalıdır" - İradə İbrahimova

"Qadın kişinin yanında addımlamalıdır" - İradə İbrahimova
25 Mar 2025 00:00

Məşhur müğənni İradə İbrahimova qadın və kişi münasibətləri haqqında fikirlərini bölüşüb. O, qadının kişidən əsla iki addım arxada olmamalı olduğunu, hər zaman onun yanında addımlayaraq dəstək göstərməli olduğunu bildirib.


Lakin bəzi məqamların da vacib olduğunu vurğulayan İbrahimova, "Arxaya keçməyi bacarmaq lazımdır. Təbii ki, yerlər var ki, mən iki addım arxaya keçirəm. Söz onda olur və həmin anda onun üstünə əsla bir söz deyilmir," - deyə qeyd edib.


O, münasibətlərin daim üzərində işlənməli olduğunu və həyatın bizə bu sahədə müxtəlif dərslər verdiyini əlavə edib: "Biz bəzi şeyləri sınayaraq irəliləyirik. İnsan münasibətlər üzərində işləməlidir. Dörd divanın arasında yaşamaq sizə bir çox şeyi öyrədir."


İradə İbrahimovanın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.



Sizin reklam burada
Sizin reklam burada