Türkiyədə 4 gündür itkin düşən 27 yaşlı Bedriye Karaçay Sarıyer rayonunda meşəlik ərazidə ölü tapılıb.
News365.az xəbər verir ki, hadisə yerində aparılan ilkin ekspertiza zamanı qadının qətlə yetirildiyi müəyyən olunub.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində qadının həyat yoldaşı Volkan Karaçay saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma davam etdirilir.