İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi

İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi
27 Apr 2025 19:30

Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən sonra mindən çox bina zədələnib.


News365.az xəbər verir ki, bunu Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum X sosial şəbəkəsində bildirib.


“Zərərin qiymətləndirilməsinin nəticələrinə görə, İstanbulun 39 rayonunda 15 013 binaya baxış keçirilib, onlardan 1025-nə cüzi ziyan dəyib, 12300-dən çoxuna ziyan dəyməyib”, – Kurum qeyd edib.


Nazir vurğulayıb ki, dəymiş ziyanın hesablanması davam edir.


Qeyd edək ki, bundan öncə nazir zəlzələdə 437 binaya zərər dəydiyini açıqlamışdı.


Sizin reklam burada
Sizin reklam burada