Təhsil eksperti Etibar Əliyev Bakı metrosunda səfər zamanı kitab oxuduğu anları sosial şəbəkə hesabında paylaşıb.
O, qatarda sərnişin sıxlığının az olduğu vaxtlarda mütaliə etməyə üstünlük verdiyini bildirib.
“Bakı metropoliteni: saat 11:30. Qatarda seyrəklik olsa, hətta Hegeli də oxuyub başa düşmək olar. Mən qatarda keçirdiyim zamanı oxuya çevirməyi vərdiş etmişəm. Ələlxüsus köhnə qatarlarda nostaljilər yenilənir. Kitab dövrünə qayıdırsan”, – deyə Etibar Əliyev qeyd edib.
Ekspert paylaşımında metroda keçirdiyi vaxtı mütaliəyə ayırdığını vurğulayıb.