Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla yeni görüş keçirməyə hazır olduğunu bildirib. Moskva ilə Vaşinqton arasında növbəti danışıqların vaxtı isə hələ müəyyənləşməyib.
News365.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov bildirib ki, Rusiya-ABŞ görüşü məsələsində Putin hazırdır.
“Rusiya Prezidenti hazırdır. Prezidentlər Putin və Tramp telefon danışıqları zamanı zərurət yarandığı halda, zamanla daha bir görüş keçirməyə hazır olduqlarını həmişə vurğulayırlar”, – deyə Peskov bildirib.
Bununla belə, onun sözlərinə görə, yeni danışıqlarla bağlı hələlik konkret məlumat yoxdur.
Qeyd edək ki, 2025-ci ilin yayında Vladimir Putin və Donald Tramp Alyaskanın Ankoric şəhərində görüş keçiriblər. Tərəflər görüş zamanı Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.