NATO-nun Baş katibi Mark Rutte alyansın kollektiv müdafiə haqqında 5-ci maddəsinin tətbiq şərtlərinin cavabdeh şəxslər tərəfindən qəsdən qeyri-müəyyən saxlanıldığını bəyan edib.
News365.az xəbər verir ki, Baş katib Alyansın öz planlarını öncədən açıqlamaq niyyətində olmadığını bildirib.
Rutte öz bəyanatında 5-ci maddənin strukturuna toxunaraq deyib: "5-ci maddə bilərəkdən qeyri-müəyyən formada tərtib edilib. Çünki biz maddənin dəqiq nə vaxt tətbiq olunub, nə vaxt tətbiq olunmayacağı barədə məlumatları heç vaxt heç kimə öncədən vermərik. Biz qarşı tərəfi, düşmənlərimizi daha çox məlumatlandırmaq istəmirik".
Alyansın rəhbəri həmçinin qeyd edib ki, hibrid hücumlar baş verəcəyi təqdirdə NATO-nun əlində lazımi cavab variantlarının mexanizmi mövcuddur, lakin bu tədbirlərin bir hissəsi heç vaxt ictimaiyyətə açıqlanmayacaq və məxfilik qorunacaq.