"Aktyor Rəşad Səfərovun halı günorta saatlarında, dərs vaxtı qəfildən pisləşib. Buna səbəb şəkərinin 400-ə qədər qalxması olub".
News365.az xəbər verir ki, bunu Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf deyib.
"Rəşad müəllimin şəkəri var. Həyat yoldaşı ilə danışdım, bildirdi ki, ürəyində küt ağrılar hiss edib və huşu özündə olmayıb. Xəstəxanaya uşaqları aparıblar. Hazırda müalicə alır. İki-üç gün həkim nəzarətində olmalıdır. Sistem köçürülür. İlkin diaqnoz ürəyi ilə bağlı problemdir - oksigen çatışmazlığı var", - deyə S.Əşrəf bildirib./// oxu.az
***
Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanaya yerləşdirilib.
News365.az xəbər verir ki, o, dərs zamanı səhhətində yaranan problem səbəbi ilə yerə yıxılıb.
İlkin məlumata görə, aktyorun xəstəxanaya ürək çatışmazlığından aparıldığı bildirilib.
Hazırda onun vəziyyətinin orta ağır olduğu qeyd edilir.