Livanla sərhəd yaxınlığında bir İsrail əsgəri öldürülüb.
News365.az xəbər verir ki, bu barədə İsrail ordusundan bildirilib. Məlumata görə, 17 apreldən bəri əldə olunan atəşkəs rejiminə rəğmən Hizbullahla toqquşmalar davam edir: “47 yaşlı çavuş Aleksandr Qlovanyov döyüş meydanında həlak olub”. Qeyd edək ki, martın 2-də müharibənin başlamasından bəri Livanda ümumilikdə 19 israilli həlak olub ki, bunlardan 18-i əsgər, biri isə ordu üçün müqaviləli işçidir.