"İsrail İrana zərbələr endirsə, bu nöqtələr hədəf olacaq"- Vüqar Əliyev

"İsrail İrana zərbələr endirsə, bu nöqtələr hədəf olacaq"- Vüqar Əliyev
16:25

İsrail İrana cavab zərbələri endirəcəyi təqdirdə hansı nöqtələri hədəf ala bilər.

Bununla bağlı Yaxın Şərq üzrə mütəxəssis, dosent Vüqar Əliyev News365.az- danışıb.

“Bunu biz şərti olaraq 4 yerə bölə bilərik. 

1. Nüvə obyektləri. İsrail rəsmiləri nüvə obyektlərini hədəf alacaqları ilə bağlı açıqlamalar veriblər, amma İsrailin İrana qarşı həyata keçirə biləcəyi hər hansı bir əməliyyatı  ABŞ və ya Qərbdəki müttəfiqləri ilə razılaşdırmadan həyata keçirilməsi mümkünsüzdür. Çünki prosesin davamını gətirmək lazımdır.  İsrailin cavab zərbələri endirəcəyi təqdirdə məhz nüvə obyektlərini hədəf alacağını ehtimal etmirəm. Hal-hazırda görünən odur ki, ABŞ başda olmaqla İsraili dəstəkləyən Qərb koalisiyası bunun tərəfində deyil. Burda təbii ki, ərəb ölkələrinin də mövqeyi nəzərə alınmalıdır. Digər üç istiqamətə bu zərbələrin endirilməsi ehtimalı həddindən artıq yüksəkdir.  

2. İranın müəyyən hərbi obyektləridir.

3. Paralel şəkildə İranın müəyyən informasiya mübadiləsi təşkil edən şəbəkələrin sıradan çıxardılması məsələsi hədəf ola bilər. 

4. Ən vacib hədəf neft və qaz ehtiyatları olan hissələr.”- deyə Vüqar Əliyev bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər