Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə
"İnstagram" olub.
News365.az bu barədə “StatCounter”a
istinadən xəbər verir.
Hesabat
dövründə "İnstagram"ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı
29,22% təşkil edib. Bu isə avqust ayı ilə müqayisədə 3,73 faiz bəndi çox, ötən
ilin eyni dövrü ilə müqayisədə isə 7,28 faiz bəndi azdır.
İstifadəçi
sayına görə, ikinci yerdə 25,13% payla "Facebook" qərarlaşıb. Sosial
şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 18,67 faiz bəndi az, ötən ilin
eyni dövrü ilə müqayisədə 5,13 faiz bəndi çox olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 20,15%
payla "Pinterest" olub. Bu, avqust ayı ilə müqayisədə 7,72 faiz bəndi,
illik müqayisədə 8,15 faiz bəndi çoxdur.
Ötən ay "YouTube" sosial şəbəkəsinin Azərbaycandakı
bazar payı aylıq müqayisədə 4,66 faiz bəndi, illik 2,73 faiz bəndi artaraq
12,73%-a çatıb. Sentyabr ayında "YouTube" istifadəçi sayına görə
dördüncü yerdə qərarlaşıb.
Sentyabrda "X" sosial şəbəkəsi ölkəmizdəki bazar
payını aylıq 0,7 faiz bəndi, illik 3,01 faiz bəndi artıraraq 6,6%-lə beşinci
yerdə dayanıb.
İstifadəçi sayına görə, altıncı yeri isə 3,01% payla
"Reddit" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar
payını aylıq 0,65 faiz bəndi, illik 2,51 faiz bəndi artırıb.