Braziliyanın əmək məhkəməsi Almaniyanın “Mercedes-Benz”
şirkətini işçilərə qarşı ayrı-seçkilik və zorakılıqda ittiham edib.
News365.az xəbər verir ki, San-Paulu əyalətindəki
zavodda yol verilən ayrı-seçkiliyə görə şirkət təxminən 6,7 milyon avro
ekvivalentində təzminat ödəməli və əməyin mühafizəsi tədbirləri görməlidir.
Buna baxmayaraq, “Mercedes” qərardan Braziliyanın ali əmək məhkəməsinə
apellyasiya şikayəti verə bilər.
Məhkəmə 2004-2019-cu illər arasında Braziliyanın cənubunda
yerləşən Kampinas şəhərindəki zavodda iş qəzalarında yaralanan və ya xəstə
işçilərin “ləyaqəti alçaldan vəziyyətlərə” məruz qaldığını bildirib.
Qeyd edək ki, Kampinasdakı zavod “Mercedes” şirkətinin
Almaniyadan kənarda ən böyük avtomobil hissələri satışı və logistika mərkəzidir.