ABŞ-nin
Miluoki şəhərində taxtadan dünyanın ən hündür göydələni tikiləcək.
News365.az xəbər verir ki, bina “Michael Green
Architecture” tərəfindən layihələndirilib.
Hələlik göydələnin hündürlüyü ilə bağlı dəqiq məlumat
yoxdur. Bununla belə, onun 55 mərtəbəyə qədər olacağını bildirib. Hal-hazırda
da dünyanın ən hündür taxta binası Miluokidə yerləşir. Həmin tikili 25
mərtəbədən ibarətdir.
Çoxlu terrasa yer veriləcək binanın qülləsi qismən
yaşıllıqlarla örtüləcək. Təklif olunan layihə üçün 700 milyon dollardan çox
investisiya tələb olunur.