Amerikalı
iş adamı İlon Mask “X” sosial şəbəkəsində maraqlı paylaşım edib.
News365.az xəbər
verir ki, o, Marsda qurulacaq ilk şəhərin adını açıqlayıb.
İnternet
istifadəçilərindən biri Maskın Marsdakı ilk şəhəri necə adlandıracağını
soruşub. Biznesmen “Bar” cavabını verib. Bəziləri adın bu versiyasını “Mars”
şokoladı ilə əlaqələndiriblər. Digər internet istifadəçiləri isə ilk öz
versiyalarını təklif ediblər. Onların arasında İlonqrad, İlonvil, Maskelon,
Maskburq, İlonobad və s. olub.
Xatırladaq
ki, Elon Mask ilk dəfə olaraq 2020-ci ildə Marsda koloniyalar qurmaq və
“qırmızı” planetdə ilk şəhər yaratmaq planlarından danışmışdı.
Marsa
ilk insanın göndəriləcəyi tarixə gəlincə, iş adamı bunun 2024-2029-cu illər
ərzində baş tutacağını ehtimalını irəli sürüb.