İtaliyada yerli ictimai nəqliyyatda birgünlük milli tətil
elan olunub.
News365.az xəbər verir ki, bu sahədə fəaliyyət
göstərən həmkarlar ittifaqlarının qərarı ilə ölkədə bütün ictimai nəqliyyat
növləri üzrə işçilər tətil ediblər. Buna səbəb kimi işçilərin əmək müqavilələrinin
yenilənməməsi göstərilir.
Paytaxt Romada avtobus, metro və tramvay xətlərinin hərəkətində
fasilələr yaranıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub,
ictimai nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
Milan, Turin, Neapol, Genuya və Bolonya kimi ölkənin digər
böyük şəhərlərində də nəqliyyatın hərəkətində problemlər yaranıb.