Qarabaşaq
yarması hər zaman ən faydalı təbii qidalardan sayılıb.
News365.az xəbər
verir ki, daha çox pəhriz məhsulu sayılan qarabaşağın aclığı tez aradan
qaldırdığı, uzun zaman tox saxladığı və bununla da artıq çəkinin, yağların
itirilməsinə kömək etdiyi çoxlarına məlumdur.
Bundan
əlavə, qarabaşaq bir çox vitaminlərlə zəngindir. Amma son məlumatlara görə,
həkimlər onun istifadəsinə əks göstərişlərin olduğunu açıqlayıblar.
Həkimlərin
fikrincə, çox faydaları olan qarabaşaq həddən artıq yeyilərsə, sağlamlıq üçün
təhlükə yaradır. Bu qidadan sui-istifadə bəzi sağlamlıq problemlərini təhdid
edir.
Qarabaşağın
tərkibində çox miqdarda nişasta və zülal var ki, bu da allergiyanın, habelə
mədə-bağırsaq xəstəliklərinin inkişafına səbəb ola bilər. Bu baxımdan həzm
problemi yaşayan insanlara bu məhsuldan imtina etsə, daha yaxşı olar. Və ən
əsası qarabaşağı düzgün bişirmək vacibdir. Onu dərhal qaynatmaq deyil, üzərinə
qaynar su töküb, bir gecə isladıb sonra bişirmək lazımdır. Bu vəziyyətdə
qarabaşaq yarmasında olan zərərli maddələr itir.
Hamilə
qadınlara və yüksək qan təzyiqi olanlara isə ümumiyyətlə, bu məhsulu yeməmək
tövsiyə edilir.