Dəniz məhsulları əsas amin turşularının hamısını təqdim
edən mükəmməl bir protein qaynağıdır.
News365.az xəbər verir ki, dəniz məhsullarında
olan protein asan həzm olunur.
Harvard Universiteti mütəxəssislərinin balığın sağlamlığa təsirləri
haqqında apardıqları tədqiqatlar balığın insan bədəninə faydalarını ortaya
çıxardı. Son 20 ildə bu mövzuda aparılan tədqiqatları bir nəticəyə gətirən mütəxəssislər
balığın faydaları ilə yanaşı zərərinin də çox az olduğu qənaətinə gəliblər.
Araşdırmalar balıq yeməyinin ürək xəstəliklərində ölüm riskini 36% azaltdığını
ortaya qoyur. Yağlı balığın tərkibində daha çox omeqa 3 olması səbəbi ilə daha
faydalı olduğu tədqiqatlardan çıxan bir başqa nəticədir. Mütəxəssislər sağlam
bir həyat üçün həftədə 2 dəfə balıq yeyilməsini məsləhət görür.
Dəniz məhsulları çox yaxşı B vitamini qaynağıdır.Sağlam
inkişaf və böyümə üçün lazım olan kalsium, magnezium, potansium,fosfor,kükürd,
florin, selenium,yod kimi əsas maddələr onun tərkibində var. Bir çox dəniz məhsullarındakı
xolesterin səviyyəsi yüksək deyildir.Balıqdakı xolesterin miqdarı ümumilikdə
aşağı olsa da qabıqlı dəniz heyvanlarında bu miqdar yüksələ bilər.Lakin
xolesterin səviyyəsi yüksək olan qidalarda belə bu miqdar yumurtadakından
aşağıdı.
Dəniz məhsullarında çox az miqdarda yağ olur Bu məhsullarda
doymuş yağ miqdarı digərləri ilə müqayisədə çox azdır. Yeməklərinizdə qırmızı ət
yerinə balığa yer verməklə ümumi yağ və doymuş yağ qəbulunuzu xeyli azalda bilərsiz.
Balığın insan orqanizminə faydaları
-Balıq zülal, D vitamini və mikroelementlər baxımdan mükəmməl
qida qaynağıdır.
-Tərkibindəki fosfor, kükürd, vanadium kimi minerallar sayəsində
böyüməyi və toxumaların yaxşılaşmasını təmin edir.
-Sağlam diş və diş ətinə faydalıdır.
-Dəri rəngini gözəlləşdirir.
-Saçların daha dayanıqlı olmasını təmin edir.
-Bakterial infeksiyalarda müqaviməti artırır.
-Qandakı xolesterolu nizamlayaraq ürək tutmalarının
qarşısının alınmasında böyük əhəmiyyətə malikdir.
-Oynaq sağlamlığına faydalıdır.
-Şəkər xəstəliyinin müalicəsində istifadə edilir.
-Depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir.
-Yanıq müalicəsində faydası var.
-Miqren xəstələrində faydası təsdiqlənmişdir.
-Qlaukoma (göz içində təzyiqin artması səbəbilə meydana gələn
korluq) müalicəsində faydası var.