Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun oğlu
Adam Kadırov Rusiya Federasiyasının subyekti rəhbərinin təhlükəsizlik xidmətinin
ən gənc rəhbəri kimi "Rusiyanın rekordlar kitabı"na daxil edilib.
News365.az xəbər verir ki, təqdimat
Çeçenistanın paytaxtı Qroznıda baş butan MMA (Qarışıq döyüş növləri) turniri
zamanı baş tutub.
Həmçinin Çeçenistan rəhbərinin oğluna "Rusiya
rekordları kitabı"nın populyarlaşmasına görə də medal təqdim olunub. Tədbirdə
Çeçenistanın başçısı Ramzan Kadırov da iştirak edib.