"Düşünürəm ki, Bayden səhv edir. Bu, vuracağınız hədəf
deyilmi?".
News365.az xəbər verir ki, bu sözləri ABŞ
prezidentliyinə namizəd Donald Tramp İsrailin İrandakı nüvə obyektlərinə zərbə
vurmasının məqsədəuyğun olmaması barədə ABŞ Prezidenti Co Baydenin sözlərini şərh
edərkən deyib.
O bildirib ki, nüvə silahı ən böyük riskdir və İranın onu əldə
etməsinin qarşısı alınmalıdır.
Tramp əlavə edib ki, Birləşmiş Ştatlar belə bir inkişafa
hazır olmalıdır.
Qeyd edək ki, İran 1 oktyabrda İsrailə kütləvi raket zərbələri
endirib. İsrailin buna cavab olaraq İranın neft və nüvə obyektlərinə zərbə
endirə biləcəyi iddia edilir.(axar.az)