Emin Sabitoğluna həsr olunan konsert keçiriləcək

Emin Sabitoğluna həsr olunan konsert keçiriləcək
17:42

25 oktyabr saat 19.00-da  Şəhriyar adına Mədəniyyət Mərkəzində "Gəncədən Bakıya" layihəsi çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə sevilən bəstəkar Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı baş tutacaq.

News365.az xəbər verir ki, konsertdə filarmoniyanın solistləri "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" və bəstəkarın digər sevilən mahnılarını ifa edəcəklər.

Qeyd edək ki, "Bakıdan Gəncəyə", "Gəncədən Bakıya" layihəsi çərçivəsində  Azərbaycan bəstəkarlarının klassik əsərləri, estrada mahnıları təbliğ olunur.

 


Youtube kanalımız

Oxşar xəbərlər