Bu
gün, oktyabrın 5-də Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə
bağlı referendumdan əvvəl “sükut günü” başlayıb.
News365.az xəbər
verir ki, “sükut günü” və bilavasitə referendum keçirilərkən hər hansı təşviqat
fəaliyyəti qadağandır.
Oktyabrın
6-da 10 mindən çox, o cümlədən xaricdə 70-dən çox seçki məntəqəsi səsvermə üçün
açılacaq. Seçici siyahılarına 12 milyondan çox vətəndaşın adı daxil edilib.
Atom
elektrik stansiyasının tikintisi ilə bağlı referendumu 30 ölkədən 177
beynəlxalq müşahidəçi izləyəcək.
Xatırladaq
ki, sentyabrın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa
müraciətində oktyabrın 6-da referendumun keçiriləcəyini bəyan etmişdi. Həmin
gün səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının yarıdan çoxu iştirak
edərsə, referendum etibarlı sayılacaq.