Metronun "Neftçilər" stansiyasından Bakıxanov qəsəbəsinə
gedən Rüstəm Rüstəmov küçəsində piyada zolağının silinməsi nəticəsində sakinlər
ciddi təhlükə ilə üzləşdiklərini bildiriblər.
Bakıvaxtı.az bildirir ki, sözügedən ərazidə,
xüsusilə, məktəb və dövlət sosial-iqtisadi kolleci yerləşir. Bu isə o deməkdir
ki, buradan, əsasən, məktəblilər, onların valideynləri və kollec tələbələri
tez-tez istifadə edirlər. Elə özləri də bildiriblər ki, zolaq silindiyi üçün
bir neçə dəfə qəza şəraiti yaranıb.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən qısa zamanda əraziyə baxış keçiriləcəyi və məsələnin həll ediləcəyi bildirilib.