İspaniya Baş nazirinin qardaşı barəsində məhkəmə qərarı: 9 il müddətinə vəzifədən məhrum edildi
İspaniyada məhkəmə Baş nazir Pedro Sançesin qardaşı David Sançes barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə hökm çıxarıb.
“News365.az” “El Mundo” nəşrinə istinadən xəbər verir ki, məhkəmə onun 9 il müddətinə dövlət vəzifəsi tutmasını qadağan edib.
Badaxoz şəhər məhkəməsinin iyulun 14-də qəbul etdiyi qərar David Sançesin əyalət şurasında vəzifəyə təyin olunması zamanı yol verdiyi qanunsuzluqlarla bağlıdır. Məhkəmə onun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini sübuta yetirib və dövlət idarəçiliyində hər hansı vəzifə tutmasına 9 illik qadağa qoyub.
Eyni cəza Badaxoz əyalət şurasının keçmiş rəhbəri və Sosialist Partiyasının Estremadura bölməsinin sabiq lideri Migel Anxel Qalyardo, eləcə də David Sançesin dostu Luis Karreroya da verilib.