İrəvan sammiti digər zirvə görüşlərindən fərqlənmir, sülh prosesi davam edir

İrəvan sammiti digər zirvə görüşlərindən fərqlənmir, sülh prosesi davam edir
14:55

"Avropa Siyasi Birliyi Avropa ölkələri tərəfindən yaradılan platformadır. Bu beynəlxalq platforma çərçivəsində liderlər müxtəlif qlobal məsələləri müzakirə edir".

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib. 


Deputat bildirib ki, Avropa Siyasi Birliyinin sammitləri ənənəvi olaraq liderləri bir araya gətirir. Mayın 4-də İrəvanda keçirilən növbəti sammit də prosesin davamıdır. Bu sammitin İrəvanda keçirilməsi barədə qərar liderlərin əvvəlki görüşlərində verilib. İrəvan sammiti müzakirələr baxımından digər zirvə görüşlərindən fərqlənmir. 

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev video formatda Avropa Siyasi Birliyinin Yerevanda keçirilən 8-ci zirvə toplantısındakı çıxışında vacib məsələlərə toxunub. Dövlət başçısının dediyi kimi, biz Ermənistanla cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ evdə Ermənistan və Azərbaycan rəsmilərinin birgə bəyannamə imzaladıqlarını xatırladan cənab Prezident bildirib ki, sülh əldə edildikdən sonra Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq olunmuş bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Təqdirəlayiq haldır ki, həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktiki faydalarını görməkdədir.

"Sammitdə çıxış edən liderlər də Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstək ifadə ediblər" - deyə Samir Vəliyev vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada