Yaralı azərbaycanlıların vəziyyəti açıqlandı - RƏSMİ

Yaralı azərbaycanlıların vəziyyəti açıqlandı - RƏSMİ
16:32

İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görən gəmilərdə yaralanan Azərbaycan vətəndaşlarının səhhəti ilə bağlı son vəziyyət məlum olub.

News365.az xəbər verir ki,  Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, hadisə zamanı yaralanan vətəndaşlarımız artıq sağalıblar.

"Yaralılar sağalıb və evə buraxılıblar", – deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərinin heyət üzvləri olan 25 Azərbaycan vətəndaşından 4 nəfər həlak olmuş, 4 nəfər isə - Rəşad Mədətxanov, Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli yaralanmışdı./// modern.az


Sizin reklam burada
Sizin reklam burada