Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinin MyQrant layihəsinin dəstəyi ilə “İpək
Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən hazırlanmış
“Zəngilər” adlı qısametrajlı film və eyniadlı kitabın təqdimatı 7 saylı Bakı
“ASAN xidmət” mərkəzində keçirilib.
Tədbirdə ASAN
könüllüləri ilə yanaşı, MEDİA Könüllüləri, “Ailəm” Könüllüləri və "Könüllü
gömrükçü" dəstəsinin üzvləri də iştirak ediblər.
Tədbirin
açılışında çıxış edən “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai
Birliyinin sədri, jurnalist Aida Eyvazlı Göytürk bildirib ki, “Azərbaycan
mədəniyyətində Zəngi tayfalarından qalmış ənənələr və yurdlar” layihəsinin əsas
məqsədi türk tarixinin az araşdırılmış səhifələrindən biri olan Zəngi
tayfalarının tarixi irsini öyrənmək, yeni elmi məlumatları ictimaiyyətə təqdim
etmək və bu istiqamətdə araşdırmaları təşviq etməkdir.
Sonra “Zəngilər”
qısametrajlı filmi nümayiş olunub.
Gənclərə təqdim
edilən “Zəngilər” kitabında və eyniadlı filmdə Zəngi tayfalarının tarixi ilə
bağlı geniş məlumatlar yer alıb. Nəşrdə və filmdə türkoloq professor Firudin
Cəlilov, AMEA-nın baş elmi işçisi Zaur Əliyev, Səmərqənd Dövlət Universitetinin
dekanı Hazratkul Abroyev, araşdırmaçı jurnalist Hokim Sattori və misirli
tədqiqatçı Əhməd Tarabikin araşdırmalarına istinad olunaraq Zəngi tayfalarının
tarixi, mədəni irsi və türk dünyasındakı rolu haqqında ətraflı məlumat verilib.
Kitabın
redaktoru Vəli Əkbər, tərtibatçıları isə layihə rəhbəri Aida Eyvazlı Göytürk və
Ülkər Eyvazovadır. Qısametrajlı filmin quruluşçu rejissoru Vüsal Orucovdur.
Tədbirin
keçirilməsində məqsəd qədim köklərimiz və tariximizi, Zəngəzur bölgəsindən
çıxan qəhrəmanların izlərini onlara xatırlatmaqdır.



