Tarixin ən qədim vəba izi tapıldı: 5500 illik

Tarixin ən qədim vəba izi tapıldı: 5500 illik
15:58

Alimlər Sibirin cənubunda, Baykal gölü ətrafındakı qədim məzarlıqlarda apardıqları araşdırma zamanı indiyədək məlum olan ən qədim vəba izlərini aşkar ediblər.


News365.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, DNA analizləri göstərib ki, araşdırılan 46 nəfərin 18-i vəba bakteriyası daşıyıb. Mütəxəssislər iki böyük məzarlıqda çoxlu sayda uşaq və gəncin ölüm səbəbini araşdırarkən bu nəticəyə gəliblər.


Əvvəllər vəbanın təxminən 3 800 il əvvəl ortaya çıxdığı düşünülürdü. Yeni tapıntılar isə xəstəliyin ən azı 5 500 il əvvəl insanlara yoluxduğunu göstərir. Alimlərin fikrincə, bu kəşf vəbanın insanlardakı mənşəyinə dair indiyədək əldə edilmiş ən qədim sübut ola bilər.\\bakupost.az


Sizin reklam burada
Sizin reklam burada