Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri işdən çıxıb.
News365.az-ın "Unikal"a istinadən məlumatına görə, Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri Niftiyev Yalçın Sakit oğlu vəzifəsindən ayrılıb. O, 2024-cü ildən bu vəzifədə çalışırdı.
Agentliyin Hüquq departamentində isə yeni təyinat olub. Əliyev Əsəd Nazim oğlu adıçəkilən departamentin Məhkəmə mübahisələri və qərarların icrasına nəzarət şöbəsinin müdiri təyin edilib.