İranın yuxarı eşalonu ölkədən qaçır: Yüksək rütbəli rəsmilərin ailələri Omanda gizlənir

İranın yuxarı eşalonu ölkədən qaçır: Yüksək rütbəli rəsmilərin ailələri Omanda gizlənir
12:35

İranda davam edən hərbi münaqişə və daxili xaos fonunda ölkənin ən yüksək rütbəli rəsmilərinin ailələrinin kütləvi şəkildə xaricə sığındığı məlum olub.

İranın monitorinq kanalları Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani, xarici işlər naziri Abbas Araqçı və məhkəmə hakimiyyətinin rəhbəri Qolam-Hüseyn Möhsini-Ejeinin ailə üzvlərinin hazırda Omanın paytaxtı Maskatdakı lüks otellərdə məskunlaşdıqlarını iddia edir.

Məlumata görə, bəzi digər yüksək vəzifəli şəxslərin ailələri isə Türkiyənin Van sərhəd keçid məntəqəsi vasitəsilə İrandan qaça biliblər və hazırda İranın Maskatdakı səfirliyinin gizli mənzillərində yerləşdiriliblər.

Xüsusilə diqqətçəkən məqam fevralın 28-də ABŞ və İsrailin raket zərbələri nəticəsində məhv edilən Müdafiə Şurasının keçmiş katibi Əli Şamxaninin ailəsi ilə bağlıdır; bildirilir ki, Şamxani ailəsinin artıq uzun illərdir Omanda biznes ofisləri mövcuddur və bu şəbəkəni onun əmioğlusu Naci Şamxani idarə edir.

Elitanın ölkəni tərk etməsi Tehranda hakimiyyət daxilində ciddi vahimənin və rejimin gələcəyinə olan inamsızlığın bariz göstəricisi kimi qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada