"İrana hücum olacaq, Zəngəzuru itirəcəyik" -Erməni tarixçi

"İrana hücum olacaq, Zəngəzuru itirəcəyik" -Erməni tarixçi
12 İyn 2025 10:20

Erməni politoloq və tarixçi Armen Ayvazyan ölkəsini gözləyən fəlakətlər barədə diqqət çəkən açıqlamalar verib. "Mamul" nəşrinin yaydığı məlumata görə, o, bölgədə ciddi siyasi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırıb:  “Regionda vəziyyət yenidən kəskin şəkildə pisləşir. Yaxın gələcəkdə İsrail və ABŞ-nin İrana birgə hücumu mümkündür. Bu isə demək olar ki, Ermənistanda qaçılmaz şəkildə ciddi təsir edəcək".

Tarixçi iddia edib ki, guya böyük planda Ermənistan ərazisi də itkilərə məruz qalacaq. Azərbaycan isə tarixi Zəngəzur torpaqlarına- Qərbi Azərbaycana nəzarəti bərpa edəcək.

"Bu ekzistensial təhlükələrə göz yuman Ermənistan Respublikasının hazırkı hökuməti isə erməni kilsəsinə və bütün ermənilərin katolikosuna müharibə elan edib. 

Məntiqi sual yaranır: Paşinyanın bu taleyüklü məqamda  Ermənistanın yeganə müqavimət gücünün (kilsə-red.)məhv edilməsi, ölkədə və diasporda yeni nifaqların qızışdırılması, ümumi ümidsizliyə səbəb olacaq olacaq addımlar atması təsadüfdürmü?".

Tural


Sizin reklam burada
Sizin reklam burada