İran daxilindəki biznesə ABŞ nəzarət edəcək - Politoloqdan maraqlı AÇIQLAMA

İran daxilindəki biznesə ABŞ nəzarət edəcək - Politoloqdan maraqlı AÇIQLAMA
13:47

“İran daxilində bizneslə məşğul olmaq istəyən şəxslərə ABŞ nəzarət edir. İranın özünü qalib tərəf kimi göstərməsi və dağıntılar müqabilində maliyyə dəstəyi alacağı ilə bağlı fikirləri əslində reallığı tam əks etdirmir”.

Bu fikirləri politoloq Bakir Həsənbəyli News365.az-a açıqlamasında deyib.


Politoloqun sözlərinə görə, İranın bərpası istiqamətində əsas maliyyə yükünü Körfəz ölkələri daşıya bilər:

“Yəqin ki, Körfəz ölkələri bu istiqamətdə investisiyalar edəcək. Lakin bu yatırımlar İranın tam bərpası və ya ona vurulan zərərin əvəzinin ödənilməsi kimi qiymətləndirilməməlidir. Çünki vəsait yönəldən tərəf bundan öz mənfəətini götürəcək”.

Bakir Həsənbəyli bildirib ki, proseslər ABŞ-nin nəzarəti altında həyata keçiriləcək:

“Bu, ABŞ-nin nəzarəti altında, amma ABŞ-nin birbaşa vəsait ayırmadığı investisiya modelidir. Hesab edirəm ki, bu məsələ əsasən Körfəz ölkələrinin maliyyəsi hesabına həll olunacaq”.

Politoloq əlavə edib ki, gələcək proseslər İranın davranışından asılı olacaq:

“İstər Donald Trump, istərsə də ABŞ-nin vitse-prezidenti bəyan edib ki, sonrakı mərhələlər İranın özünü necə aparacağından asılıdır”.

O, İranın kompensasiya ilə bağlı açıqlamalarını daha çox daxili auditoriyaya hesablanmış mesaj kimi qiymətləndirib:

“İranın bizə dəymiş maddi zərərin kompensasiyası ilə bağlı açıqlamaları daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyır. Düşünürəm ki, bu prosesdə yenə də qazanan tərəf ABŞ olacaq. Çünki imzalanmış memorandumun müvafiq maddəsində göstərilir ki, bizneslə məşğul olmaq istəyən şəxslər məhz ABŞ-nin nəzarəti altında fəaliyyət göstərəcəklər”.


Sizin reklam burada
Sizin reklam burada