Qubada avtomobil yoldan çıxaraq aşdı - Yaralananlar var

Qubada avtomobil yoldan çıxaraq aşdı - Yaralananlar var
13:17

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News365.az apa-ya istinadən xəbər verir ki, qəza Quba-Qonaqkənd avtomobil yolunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, UAZ markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada