Ukrayna Rusiyanın müharibədəki itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb

Ukrayna Rusiyanın müharibədəki itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
11:00

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun müharibə zamanı verdiyi itkilərlə bağlı növbəti məlumatı yayıb.

Bildirilib ki, müharibənin 1622-ci günü ərzində Rusiya ordusunun ümumi itkiləri 1 milyon 450 min 510 hərbçiyə çatıb.

Ukrayna tərəfinin məlumatına görə, Rusiya ordusu indiyədək 12 232 tank, 25 075 zirehli döyüş maşını, 47 276 artilleriya sistemi, 1 996 reaktiv yaylım atəş sistemi və 1 533 hava hücumundan müdafiə sistemi itirib.

Həmçinin qeyd olunur ki, Rusiya ordusunun itkiləri sırasında 439 hərbi təyyarə, 354 helikopter, 440 948 pilotsuz uçuş aparatı (PUA), 5 007 qanadlı raket, 34 gəmi və kater, 2 sualtı qayıq, eləcə də digər hərbi texnika və xüsusi avadanlıqlar var.

Rəsmi Moskva Ukrayna tərəfinin açıqladığı bu rəqəmləri təsdiqləməyib.


Sizin reklam burada
Sizin reklam burada