İran uzunmüddətli perspektivdə Rusiya ilə hədəf tutumu 110 milyard kubmetrə qədər olan qaz kəməri çəkməyə ümid edir.
Bunu İranın Rusiyadakı səfir Kazem Cəlali İran dövlət televiziyasına deyib: "Uzunmüddətli perspektivdə məqsəd Rusiya qazının İrana tədarükü üçün son tutumu 110 milyard kubmetr, ilkin tutumu isə iki-üç il ərzində 55 milyard kubmetr olan ayrıca qaz kəməri çəkməkdir".
Cəlalinin sözlərinə görə, iki ölkə arasında qaz əməkdaşlığı iki mərhələdə inkişaf edəcək. Qısa müddətdə mövcud boru kəmərlərindən istifadə onların bərpasını və Azərbaycanla üçtərəfli əməkdaşlığı tələb edəcək ki, bu da vaxt aparacaq. Buna görə də ən sürətli variant mübadilə razılaşması hesab olunur: Rusiya Azərbaycanın şimalına qaz tədarük edir və ekvivalent həcm cənubdan İrana ötürülür.