Türkiyənin Van vilayətinin Van-Özalp magistral yolunda yük maşını mikroavtobusla toqquşub.
News365.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 7 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Hadisənin hansı şəraitdə baş verdiyi qeyd edilməyib.
Faktla bağlı araşdırmalar aparılır.